Bazar , Avqust 30 2026
azfa

İsrael Hayom: “İranın dəstəyi olmadan Hizbullah imperiyası dağılacaq”

GADTB: İsrailin “İsrael Hayom” və Livanın “Beyrutun Səsi” nəşrləri Hizbullahın dərin maliyyə böhran yaşadığını bildirir. İranın maliyyə dəstəyinin azalması təşkilatın döyüşçülərinə maaşların verilməsində gecikməyə, şəhid ailələrinə pensiyaların kəsilməsinə və səhiyyə-təhsil xidmətlərinin dayandırılmasına səbəb olub.

Beyrutun cənubunda yüksək rütbəli komandir Fuad Şakerin öldürülməsi və Hizbullahın İsrailə raketlə cavab verə bilməsinə baxmayaraq, ciddi uğur əldə etməməsi təşkilatın zəiflədiyini göstərir.

Analitiklərə görə, Qasım Süleymaninin ölümündən sonra Hizbullah-İran əlaqələri sarsılıb və təşkilat getdikcə strateji mövqeyini itirir. İranın dəstəyi olmadan Hizbullahın gələcəyi ciddi sual altındadır. / Azad İran

Həmçinin yoxlayın

ABŞ İraq Kürdüstanındakı peşmərgələrə hərbi yardımı dayandırmaq niyyətindədir

GADTB: BBC-nin yayımladığı hesabata görə, Donald Tramp administrasiyası İraq Kürdüstanı bölgəsindəki peşmərgə qüvvələrinə göstərilən ABŞ …

Urmiya gölündə köçəri quşların heyrətamiz görüntüləri yayılıb

GADTB: Güney Azərbaycanın Urmiya gölünün adalarında həyat canlanıb. Köçəri və yerli quşlar gölün üzərindən uçaraq …