Bazar , Avqust 30 2026
azfa

Molla rejimi Əhərdə azərbaycanlı körpə Əlihana doğum haqqında şəhadətnamə vermir

GADTB: İrqçi fars-molla rejimin Güney Azərbaycanın əhər şəhərində yerləşən Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi azərbaycanlı körpəyə “Əlihan” adı ilə doğum haqqında şəhadətnamə verməkdən imtina edib.

Azərbaycanlı körpənin atası Balamın Adı kampaniyasına bu barədə deyib: “Oğlumuz iyulun 15-də anadan olub. Mən və həyat yoldaşım onun üçün aylar əvvəl Əlihan adını seçmişik və doğulandan bəri onu bu adla çağırmışıq. Amma Əhər Vətəndaşlıq Dairəsi rəsmiləri bu adın ad seçim sistemində olmadığı üçün bu adı seçə bilməyəcəyinizi bildiriblər. Onlar bu ada doğum haqqında şəhadətnamə ala bilmək üçün məhkəmə qərarı əldə etməli olduğumuzu bildirdilər. Əhər Rayon Sülh Məhkəməsinin Birinci Şöbəsi də şikayət üzrə məhkəmə iclasını oktyabrın 22-nə təyin edib. Bu o deməkdir ki, övladımız hələ 3 ay doğum haqqında şəhadətnaməsiz qalmalıdır” – deyə o bildirib.

Qeyd edək ki, 2021-ci ildə Əlihan adı Şərqi Azərbaycan əyalətindəki beş ən çox qoyulan addan biri olub. İndi isə bu adın qoyulmasına süni maneələr törədilir.

İrqçi fars-molla rejimi Azərbaycan türklərinə öz övladlarına öz dillərində ad qoymağı qadağan etməklə, bu millətin milli kimliyiniu məhv etməyi qarşıya məqsəd qoyub.

Həmçinin yoxlayın

Azərbaycanlı fəal Hüseyn İsmayıli məhkəməyə çağırılıb

GADTB: Azərbaycanlı fəal Hüseyn İsmayıli Təbriz İnqilab Məhkəməsinin 3-cü şöbəsi tərəfindən göndərilən bildirişlə məhkəməyə çağırılıb. …

Güney Azərbaycan Milli Hərəkatının 11 fəalı cəzalarının icrası üçün məhkəməyə çağırılıb; Həmid Yeganəpurun səhhəti narahatlıq doğurur

GADTB: Təbrizdə Cinayət Hökmlərinin İcrası üzrə 11-ci şöbə «Demokratlar» kimi tanınan iş üzrə Cənubi Azərbaycan …