
GADTB: Təbriz Mədəniyyət Evində Həmidrza Rustanın əsərlərindən ibarət Qaşqay türklərinin mədəniyyəti və ayinlərindən bəhs edən “Qalıcı Kimlik” fotosərgisi keçirilir.
Sərgi Təbrizdə böyük coşqu ilə qarşılaşıb. Fotosərginin keçirilməsindən məqsəd Qaşqay türklərinin orijinal mədəniyyətini qoruyub saxlamaq və tanıtmaqdir.
Sərgidə Həmidrza Rustanın Qaşqay türklərinin geyimi, ayinləri, rəqsləri və gündəlik həyatının aspektlərini əks etdirən sənədli fotoqrafiya əsərləri yer alır.
Sərginin açılışı avqustun 3-ü yerli vaxtla saat 17:00-da olub və avqustun 7-ə kimi davam edəcək.
Mədəni tədbirlə bağlı Şiraz, İsfahan, Buşehr, Xuzistan, Loristan və başqa əyalətlərdən çox sayda qaşqay türkü Təbrizə gəlib.
Öz milli geyimlərində Təbrizə gələn qonaqlar şəhər əhalisinin rəğbəti ilə qarşılaşıb.
Video:
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi