Cümə axşamı , Avqust 20 2026
azfa

Xameneyinin müşaviri: “İran Rusiya ilə ya Rusiyasız Zəngəzur dəhlizinə mane olacaq”

GADTB: İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti deyib ki, Tehran Zəngəzur dəhlizinin açılmasına qarşı çıxacaq və bunu Rusiya ilə birlikdə və ya təkbaşına edəcək.

Vilayəti deyib: “Cənubi Qafqaz Trampın icarəyə götürə biləcəyi ərazidir? Qafqaz dünyanın ən həssas geosiyasi bölgələrindən biri sayılır və bu dəhliz Trampa məxsus tranzit marşrutu yox, onun muzdluları üçün qəbiristanlığa çevriləcək”.

Onun sözlərinə görə, bu layihə bölgənin geosiyasi mövqeyini dəyişəcək, sərhədləri yenidən çəkəcək və Ermənistanı parçalamaq planının bir hissəsi kimi nəzərdə tutulub. Trampın “başqa ölkədə dəhliz icarəyə götürmək” ideyasını sadəlövhlük adlandıran Vilayəti, bunu Panama kanalını icarəyə götürməyə bənzədib.

Müşavir iddia edib ki, guya layihə artıq Ermənistan xalqının narazılığı ilə üzləşib və heç bir xalq öz ərazisinin parçalanmasına razı olmaz. O, Nikol Paşinyanın Tehrana səfəri zamanı bu mövqeyi dəstəklədiyini və dəhlizin təhlükəli, “konspirativ” xarakterli olduğunu qəbul etdiyini xatırladıb.

Bu təşəbbüsün guya Cənubi Qafqazın təhlükəsizliyinə “təhdid” olduğunu dilə gətirən Vilayəti bildirib ki, İran bölgənin təhlükəsizlik maraqlarına əsaslanaraq buna mane olacaq. Onun fikrincə, Rusiya da strateji baxımdan bu dəhlizin əleyhinədir. /Azad Iran

Həmçinin yoxlayın

Trampın İrana qarşı yeni tədbirləri Çinə ciddi xəbərdarlıqdır

GADTB: Nüvə İranına Qarşı Birliyin (UANI) siyasi direktoru Ceyson Brodski ABŞ prezidenti Donald Tramp administrasiyasının …

ABŞ-ın Körfəzdəki yeni aviadaşıyıcısı fəaliyyətə başlayıb

GADTB: ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS George Washington (CVN 73)” aviadaşıyıcısı fəaliyyətə başlayıb. Bu …