Paşinyan: “Tramp yolu” sülhə gedən yoldur və İranın xeyrinədir”

GADTB: Vaşinqton razılaşmasının region ölkələri üçün iqtisadi və siyasi faydalarını vurğulayan Ermənistanın baş naziri “Tramp yolu”nun məqsədinin fikir ayrılıqlarını və gərginliyi artırmaq olmadığını bildirib və bu layihənin İran, 🇷🇺 Rusiya və 🇹🇷 Türkiyəyə də fayda verə biləcəyini bildirib.

Paşinyan deyib ki, bu razılaşma həyata keçərsə, məsələn, İran Fars körfəzini Qara dənizə birləşdirən dəmir yolundan faydalana biləcək, Rusiya və İran da iki ölkə arasında birbaşa dəmir yolu xətti yaratmaq imkanı əldə edəcək.

Nikol Paşinyan 🇺🇸 Amerikanın “Fox News” telekanalına müsahibəsində  deyib ki, İrəvan, Bakı və Vaşinqton arasında bu yaxınlarda imzalanmış sazişin “İran və Rusiya üçün də nəzərəçarpacaq faydaları var”./ Azad İran

Həmçinin yoxlayın

WSJ: İran ABŞ ritorikasını yumşaltsa, danışıqlara hazırdır

GADTB: The Wall Street Journal qəzetinin məlumatına görə, İran vasitəçilər üzərindən ABŞ-a mesaj göndərərək, prezident …

Təbrizdə “Qlobal” şirkətinin zərərçəkmişləri və sürücülər etiraz aksiyası keçirib

GADTB: 5 ordibehişt 1405-ci il tarixində Təbrizdə “Qlobal” nəqliyyat şirkətinin sürücüləri və zərərçəkmişləri şəhər prokurorluğunun …