Cümə , Oktyabr 16 2026
azfa

İran Rusiya və Çindən müdafiə sistemləri almağa çalışır

GADTB: İran İsraillə yeni müharinə üçün Rusiya və Çindən müdafiə sistemləri almağa çalışır.

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Fəda Hüseyn Maliki bildirib ki, ölkənin Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya və Çin kimi dövlətlərdən hava hücumundan müdafiə sistemlərinin alınması məsələsini gündəlikdə saxlayır.

Millət vəkillin sözlərinə görə, İran hökuməti bu məqsədlə Silahlı Qüvvələrin Baş Qərargahına xarici vəsait ayırıb:

“Hökumət hava hücumundan müdafiə sistemlərinin bərpası üçün Silahlı Qüvvələrin Baş Qərargahına müəyyən maliyyə imkanları ayırıb”.

Qeyd edək ki, bu yaxınlarda İran prezidenti Məsud Pezeşkian Belarusa səfəri zamanı İranın Belarusdan hücumundan müdafiə sistemləri alması gündəmə gəlmişdi.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …