Şənbə , Avqust 29 2026
azfa

Avropa Birliyinin müdafiə sahəsində Türkiyə üz tutması Yunanıstanı qorxuya salıb

GADTB: Avropa Birliyinin (AB) müdafiə sahəsində Türkiyəyə tərəf yönəlməsi Yunanıstan mediasının diqqətini cəlb edib.

Yunanıstanın “Sporttime” nəşri Brüsselin Türkiyə ilə PUA və hava hücumundan müdafiə sistemləri ilə bağlı əməkdaşlığa can atmasının Yunanıstanda böyük narahatlıq yaratdığını yazıb.

Bildirilib ki, Ukraynadakı müharibə, enerji asılılığı və miqrasiya dalğaları Avropanın strateji zəifliyini üzə çıxarıb:

“Eyni zamanda silah və hava hücumundan müdafiə sistemlərindəki çatışmazlıq AB-ni yeni tərəfdaşlar axtarmağa məcbur edir. Ankara da bu baxımdan texnologiyası və istehsal gücü ilə seçilir. Misal: Türkiyənin müdafiə-sənayesi liderlərindən olan “Baykar” dünya miqyasında tanınan PUA-ları, müasir raket sistemləri və yeni nəsil hava hücumundan müdafiə layihələri ilə adından söz etdirib. Bu da Ankaranı regional güc mərkəzinə çevirib”.

Əlavə edilib ki, İtaliya nəhəngi “Leonardo” şirkəti ilə birgə layihələr Türkiyənin Avropa təhlükəsizlik arxitekturasında daimi yer tutmaq səylərinin göstəricisidir:

“Bu baxımdan Avropa kritik sahələrdə Türkiyənin müdafiə sənayesindən asılı ola bilər”.

Həmçinin yoxlayın

İranın xarici ticarəti ABŞ-ın sanksiyaları və dəniz mühasirəsi səbəbindən 35 faiz azalıb

GADTB: «Reuters»in təhlil xarakterli hesabatında bildirilir ki, ABŞ-la müharibənin altı ayının tamam olması ilə eyni …

Traxtur komandası Çadorməlonu məğlub etdi

GADTB: Traxtur komandası gərgin və qalmaqallı keçən qarşılaşmada Çadorməlonu 2:0 hesabı ilə məğlub edərək matçın …