Çərşənbə , Oktyabr 14 2026
azfa

Əndirgan Qızıl Mədəninin tullantıları ətraf mühitə axaraq ərazini zəhərləyir

GADTB: İrqçi fars-molla rejimin Güney Azərbaycanda mədənləri talaması nəticəsində ekoloji fəlakət yaşanır.

Güney Azərbaycanın Vərziğan bölgəsində yerləşən Əndirgan qızıl mədənində də ekoloji fəlakət yaşanır. Sakinlərdən birinin çəkib paylaşdığöı videodan görünür ki, külli miqdarda tullantı ətraf mühitə axıdılır. Tərkibində təhlükəli maddələr olan bu materiallar Azərbaycanın ətraf mühiti, səth suları və yeraltı su ehtiyatları üçün ciddi təhlükə yaradır.

Əndirgan qızıl mədənində qızıl ehtiyatı 30 milyon tondan çoxdur. Bu mədən illərdir ruslar və farslar tərəfindən talan edilir.

Daha əvvəl Vərziğandan olan millət vəkili Allahvərdi Dehqani Azərbaycandakı Əndirgan qızıl mədəninin 20 ildir ruslara verilməsini tənqid edərək demişdi: “Rusiya tərəfinin bu mədəndən nə qədər qiymətli metal və dollar istismar edəcəyi bəlli deyil. İnsanlar bu mədənin torpağından ən sadə texnologiyalarla qızıl çıxara bilirlərsə, o zaman mədən niyə başqalarına verilməlidir?!”

2011-ci ildən Vərziğan şəhərinin Xərvanə bölgəsində fəaliyyət göstərən bu mədən dəfələrlə ətraf mühitin çirklənməsinə və dağılmasına səbəb olmuş, sianid məhlulu sızdıraraq bu ərazinin torpaqlarının çirkləndirmiş, əkinçilik, heyvandarlıq və arıçılıq sahələrini məhv etmişdir.

Həmçinin yoxlayın

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …

Təbriz Ticarət Palatasının rəhbəri Şərqi Azərbaycanın bank resurslarının bölgədən kənara çıxarılmasına etiraz edib

GADTB: Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə bank kreditlərinin qeyri-bərabər bölüşdürülməsini tənqid edərək bildirib ki, …