Şənbə , Oktyabr 17 2026
azfa

İranın kosmik raket sınağı keçirdiyi bildirilir

GADTB: “Associated Press” xəbər agentliyi İranın Simnan əyalətində yerləşən Xomeyni Kosmik Mərkəzində əvvəlcədən açıqlanmayan raket sınağı keçirdiyini ehtimal edir.

Mümkün sınaq İranın kosmik proqramı çərçivəsində mühüm buraxılışların həyata keçirildiyi dairəvi platformada baş tutub. Rəsmi Tehran orbitə buraxılışı hələ təsdiqləməyib.

Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun tədqiqatçısı Fabian Hintzin sözlərinə görə, bu izlər daha əvvəl “Zülcənah” tipli bərk yanacaqla işləyən raketlərin buraxılması zamanı müşahidə edilənlərlə uyğunluq təşkil edir. Hintz qeyd edib ki, izlərin miqyası bu tip raketin buraxıldığını göstərir.

Sınaqla bağlı fərziyyələr ötən həftə İranın bir sıra əyalətlərində – Gülüstan, Simnan, Xorasan-e Rəzəvi, Cənubi Xorasan və İsfahan üzərində səmada tüstü və işıqlı obyektlərin göründüyü barədə yayılan məlumat və videolardan sonra daha da güclənib.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …