Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Təbrizdə səhiyyə işçiləri geniş şəkildə etiraza qalxıblar

GADTB: Şərqi Azərbaycan vilayətinin səhiyyə şəbəkəsi işçiləri özlərinə qarşı əmək haqlarının, müavinətlərin, iş vaxtı və iş haqqının ödənilməsində ayrı-seçkilik edilməsinə etiraz olaraq Təbriz Tibb Elmləri Universitetinin qarşısında etiraz aksiyası keçiriblər.

Dünən çərşənbə axşamı Şərqi Azərbaycan vilayətinin səhiyyə işçiləri maaş və iş müavinətlərinin verilməsində ayrı-seçkiliyə və maaşlarının bərpa olunmamasına etiraz olaraq Təbriz Tibb Elmləri Universitetinin qarşısında etiraz aksiyası keçirib, hökumət və Səhiyyə Nazirliyindən qanuni tələblərinə cavab verməsini tələb edən plakatlar qaldırıblar.

“Maaş və müavinətlərin ödənilməsində ədalət tələb edirik – Səhiyyə Nazirinin 12 milyondan 20 milyon tümənə qədər maaş alması bizim zəhmətimizə və şərəfimizə təhqirdir – Təbriz Səhiyyəsində ədalətsiz iş vaxtı və iş müavinətlərini araşdırın – Biz Təbriz Tibb Elmləri Universitetinin tibb işçiləri amansız ayrı-seçkilikdən yorulmuşuq və şüarlar yazılmış plakatlar nümayiş etdirilmişdir.

Həmçinin yoxlayın

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …