Bazar , Oktyabr 18 2026
azfa

Təbrizin Motojen şirkətinin işçilərinin etirazı 5 gündən artıqdır davam edir

GADTB: Təbrizin “Motojen” şirkətinin işçiləri 5 gündən artıqdır işə çıxmırlar. İşçi hərəkatı fəallarının məlumatına görə, onlar əmək haqlarının artırılmaması, mövcud maaşların vaxtında ödənilməməsi və sığorta problemlərinə etiraz edirlər.

Etirazçılar, eyni zamanda, iş yerlərində təhlükəsizliyin təmin olunmamasını da əsas narazılıq səbəbləri sırasında göstəriblər.

Azərbaycanlı işçilər bildiriblər ki, şirkət rəhbərliyi və Əmək Nazirliyi onların qanunla nəzərdə tutulan hüquqlarını pozur.

İşçi mənbələrinin bildirdiyinə görə, son günlər fabrik ciddi şəkildə mühafizə olunub və menecerlər mobil telefonlara nəzarət edərək tətilin görüntülərinin və xəbərlərinin dərcinin qarşısını almağa çalışırlar. Lakin işçilər tələbləri yerinə yetirilənə qədər tətili davam etdirəcəklərini açıqlayıblar.

Qeyd edək ki, Motojen şirkəti Şərqi Azərbaycan əyalətində elektrik mühərrikləri istehsal edən ən iri müəssisələrdən biridir.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …