Bazar , Oktyabr 18 2026
azfa

Tramp: “İran yorulub, sülh istəyir”

GADTB: Dünən ABŞ prezidenti Donald Tramp İsrail parlamenti – Knessetdə çıxışı zamanı İranla mümkün sülh razılaşması barədə danışıb. O, İranla razılaşmanın “əla” olacağını bildirib və Tehranın artıq münaqişələrdən yorulduğunu düşündüyünü deyib.

“Düşünürəm ki, sülh istəyirlər, məncə  yorulublar… Onlar sağ qalmaq niyyətindədirlər. İstədikləri son şey geri qayıdıb yenicə dağıdılan dağlarda çuxurlar qazmaqdır”, – deyə, Tramp vurğulayıb. Tramp çıxışı zamanı İranla sülh razılaşmasını dəstəklədiyini bəyan etsə də, deyib ki, ilk növbədə Rusiyaya diqqət yetirmək fikrindədir. “Biz onlarla (İran) sülh sazişi bağlaya bilsək, çox gözəl olardı. Amma əvvəlcə Rusiya ilə məsələni həll etməliyik”, – deyə, o, əlavə edib./ Azad İran

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …