Şənbə , Avqust 29 2026
azfa

Yəmən yaxınlığında yanan tanker İran qazı daşıyırmış

GADTB: Molla rejimin qanunsuz qazını daşıyan gəmi hədəf alınıb. “Tanker Trackers” izləmə platformasının məlumatına görə, dünən Ədən körfəzində alovlanan “Falcon” adlı tanker Əsəluyedən yola çıxaraq İranın mayeləşdirilmiş təbii qazını daşıyırdı. Mənbə bildirir ki, Kamerun bayraqlı gəminin ehtimal olunan hədəfi Yəmənin Ras-İssa limanı olub və o, İran neftini Husi qüvvələrinə aparırdı.

İranın “Mehr News” agentliyi bu məlumatı təkzib edərək, tankerin İslam Respublikasının gəmiçilik donanması ilə əlaqəsi olmadığını açıqlayıb.

Avropa İttifaqının “Aspides” adlı dəniz missiyası isə partlayışın səbəbinin hələ də araşdırıldığını, ilkin ehtimallara görə hadisənin “texniki insident” nəticəsində baş verdiyini bildirib.

Missiyanın açıqlamasında qeyd olunur ki, “Falcon” tankerinin gövdəsinin təxminən 15%-i yanıb və bölgədəki bütün gəmilərə təhlükəsiz məsafə saxlamaq barədə xəbərdarlıq edilib: “Yanğının intensivliyi artır, Falcon hazırda dəniz nəqliyyatı üçün ciddi təhlükə yaradır”.

Həmçinin yoxlayın

Tramp: Hörmüz boğazı açıqdır; İran yenidən ABŞ-ın hücumuna məruz qalmaq istəmir

GADTB: ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının açıq olduğunu bildirib və İran rejiminin Vaşinqtonla qarşıdurmanı …

Bessent: İran rejiminin tərəfdarları dollara və qlobal maliyyə sisteminə çıxış əldə etməməlidirlər

GADTB: ABŞ-ın maliyyə naziri Skott Bessent ABŞ Maliyyə Nazirliyinin Birləşmiş Ərəb Əmirliklərindəki Misir Bankının filialına …