Çərşənbə , Noyabr 11 2026
azfa

Qrossi: “İran istəsə, nüvə potensialını bərpa edə bilər”

GADTB: Dünən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi İsveçrədəki Lozanna Federal Politexnik Məktəbində (EPFL) çıxışı zamanı bildirib ki, İran hazırda nüvə silahına malik deyil.

Onun sözlərinə görə, ancaq İran istəsə, nüvə potensialını bərpa edə bilər.

Qrossinin açıqlamasına əsasən, AEBA İranla əməkdaşlığı bərpa etməyə və yeni razılaşmanın əsas elementlərini formalaşdırmağa çalışır.

O, habelə vurğulayıb ki, Agentlik İsrailə daxil ola bilmir, çünki İsrail öz mövcudluğuna təhdidlər səbəbindən nüvə qeyri-müəyyənliyindən imtina etməyəcəyini bildirir. /Azad İran

Həmçinin yoxlayın

Traxtur klubunun İdarə Heyətinin sözçüsü klubun və azarkeşlərin hüquqlarını müdafiə etdiyinə görə 2 milyard tümən cərimələnib!

GADTB: Azərbaycanın Traxtur klubunun İdarə Heyətinin sözçüsü Məhəmməd Həsənnejad klubun və Traxtur azarkeşlərinin hüquqlarını müdafiə …

Akkuyu AES-in ilk enerji blokunun fiziki işə salınmasına az qalıb

GADTB: “Rosatom”un rəhbəri Aleksey Lixaçov jurnalistlərə açıqlamasında bildirib ki, “Rosatom” dövlət korporasiyası Türkiyədə inşa edilən …