Cümə axşamı , Sentyabr 17 2026
azfa

ABŞ-nin araşdırma mərkəzi: “Nətənz yaxınlığındakı dağlarda İranın nüvə proqramının dirçəlişi görünür”

GADTB: Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi (CSIS) peyk görüntülərini təhlil edən yeni hesabatında İranda yeni nüvə fəaliyyətlərinin əlamətlərinin olduğunu açıqlayıb.

Hesabat, İranın Birgə Hərtərərəfli Fəaliyyət Planı çərçivəsində bütün öhdəliklərinin başa çatdığını və nüvə proqramı üzərində beynəlxalq monitorinqin bitdiyinielan etməsi ilə eyni vaxta təsadüf edir.

CSIS mütəxəssislərinin sözlərinə görə, 2025-ci ilin yayında ABŞ və İsrailin İranın nüvə obyektlərinə hücumları nəticəsində dəyən ziyana baxmayaraq, uranın zənginləşdirmə ilə əlaqəli infrastrukturun yenidən qurulması və genişləndirilməsi ilə bağlı yeni dəlillər mövcuddur.

Nətənz yaxınlığındakı “Koləng Dağı” kimi tanınan ərazinin yayımlanan peyk görüntüləri göstərir ki, İran “böyük, möhkəmləndirilmiş yeraltı obyekt” tikir./ Azad İran

Həmçinin yoxlayın

BMT Baş katibi: Hörmüz və Babülməndab boğazlarında gəmiçilik azadlığı tam təmin edilməlidir

GADTB: Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş sentyabrın 16-da, BMT Baş Assambleyasının başlamasından əvvəl …

Rusiya İrana ABŞ obyektlərini vurmaq üçün kəşfiyyat məlumatları verib

GADTB: CNN iki amerikalı rəsmiyə istinadən yazıb ki, Rusiya İranın ABŞ-a məxsus obyektlərinə zərbələr endirməsi …