Qrossi: “İranla danışıqlar davam etsə də, bəzi obyektlərə girişə icazə verilmir”

GADTB: Bu gün Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi bildirib ki, agentlik hazırda İranla danışıqlar aparır və ölkədə yoxlamaları davam etdirir. Lakin o, bəzi obyektlərə girişin hələ də mümkün olmadığını qeyd edib.

Nyu Yorkda jurnalistlərə açıqlama verən Qrossi deyib: “Biz əməkdaşlığı bərpa etməyə çalışırıq və İranda yoxlamalar aparırıq. Hücuma məruz qalan ərazilərdə yoxlamalar həyata keçirilmir”.

O əlavə edib ki, agentlik İranda “mühüm nüvə fəaliyyəti” göstərə biləcək heç bir əlamət müşahidə etmir:

“Biz böyük sənaye sahələrində aktivlik görürük, amma bu, zənginləşdirmə fəaliyyəti demək deyil”.

Həmçinin yoxlayın

CNN-in Azərbaycanla bağlı iddiası yalan çıxdı

GADTB: İyunun 5-də CNN-in “İsrail İran müharibəsi zamanı region üzrə gizli şəbəkənin bir hissəsi olaraq …

Şuşada Türk Dövlətləri Təşkilatı ölkələrinin Rəqabət Forumu keçirilib

GADTB: Şuşada Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə …