Cümə axşamı , Noyabr 12 2026
azfa

Urmiya gölünün qurudulması bölgənin vəhşi təbiətini məhvi edir

GADTB: Urmu Gölü Milli Parkının rəisi Behzad Şirpəncə bildirib ki, Urmiya gölünün quruması və baş verən quraqlıq bölgənin vəhşi təbiyətinin məhv olması təhlükəsini yaradıb.

Şirpəncə  həmçinin deyib: “Kabudan, Spir, Arzu və Eşşək adaları Urmiya gölünün ən vacib vəhşi təbiət yaşayış yerləridirlər və bu adaların su ehtiyatlarında və bitki örtüyündəki hər hansı bir dəyişiklik əsas növlərin populyasiyasına birbaşa təsir göstərir”.

O, su ehtiyatlarının tükənməsi nəticəsində xüsusən qoç, sarı maral və bəzi su quşlarının daha çox məhv olma təhlükəsi ilə üzləşdikləri haqda xəbərdarlıq edib.

Qeyd edək ki, bir neçə il əvvələ kimi Urmiya gölü ətrafı və göldəki adalarda sarı maralların sayı minlərlə olub. Gölün qurudulması nəticəsində isə maralların sayı getdikcə azalaraq 2023-cü ildə 60-a, bu il isə 18-ə düşüb.

Həmçinin yoxlayın

Təbrizdə sürücülər sığortanın olmamasına və maaşların artırılmamasına etiraz olaraq tətilə başladılar – Video

GADTB: 1405-ci il aban ayının 20-də, çərşənbə günü günorta saatlarında Təbrizdə zibil, lil və tikinti …

62 günlük hüquqi mübarizədən sonra məhkəmə qərarı ilə Seginin valideyni övladlarına doğum haqqında şəhadətnamə ala biliblər

GADTB: Qərbi Azərbaycanda Qoşaçay (Miyandab) və Çarbürc VVAQ idarələrinin türk dilində olan “Sevgi” adı ilə …