Cümə , Sentyabr 4 2026
azfa

Atilla Əsədi Azərbaycan türklərinə müraciət etdi: “Zülmə susmayın, məhbusların səsi olun” – Video

GADTB: Azərbaycan Milli Hərəkatının fəallarından biri olan və hazırda Evin həbsxanasında saxlanılan Vədud Əsədinin oğlu Atilla Əsədi yayımladığı qısa videomüraciətində Azərbaycan türklərinə səslənib. O, Azərbaycan türklərindən xahiş edib ki, zülm qarşısında susmasınlar və atasının, eləcə də digər siyasi məhbusların səsi olsunlar.

Məlumata görə, hazırda Vədud Əsədi və digər azərbaycanlı hüquqşünas–fəal Tahir Nəqəvi aclıq aksiyasını davam etdirirlər və onların ümumi vəziyyəti narahatedici kimi qiymətləndirilir.

Atilla Əsədinin bildirdiyinə əsasən, Vədud Əsədi aclıq aksiyasının 11-ci gününü Tahir Nəqəvi ilə birlikdə keçirir.

Tahir Nəqəvin ailəsi – həyat yoldaşı və bacısı – noyabrın 4-də Evin həbsxanasına gedərək onun vəziyyəti ilə maraqlanıb. Onlar Tahir Nəqəvin saxlanma şəraiti və səhhəti ilə bağlı ciddi narahatlıqlarını ifadə ediblər.

Həbsxana rəhbərliyi ailəyə bildirib ki, Nəqəvin “ümumi vəziyyəti qənaətbəxşdir”, məhkəmə-tibbi ekspertizasından həkim onun müayinəsi üçün göndərilib, lakin o əməkdaşlıqdan imtina edib və hətta çimməkdən də boyun qaçırıb.

Ailənin təkidi və bacısının israrı nəticəsində bir neçə saatlıq gözləmədən sonra qısa telefon danışığına icazə verilib.

Telefon danışığı zamanı Tahir Nəqəvi Evin həbsxanasının 240-cı bölməsini “Stalin zindanı” adlandırıb və deyib:

“Son bombardmanlardan sonra bu bölmədə nə isti su var, nə də istilik sistemi. Nə hamamdan istifadə mümkündür, nə də həkimə çıxış. Məni – xəstə bir insanı – tənha və xaraba bir kamerada saxlayırlar və buna da ‘xüsusi qayğı’ deyirlər!”

Video:

https://t.me/GADTB1/46199

Həmçinin yoxlayın

ABŞ və üç Avropa ölkəsi İranın nüvə proqramının BMT Təhlükəsizlik Şurasına çıxarılmasına çalışır

GADTB: Reuters cümə günü, 4 sentyabr tarixində diplomatlara istinadən xəbər verib ki, ABŞ Böyük Britaniya, …

Rusiyanın İrana gizli hərbi yardımı ifşa edildi

GADTB: Rusiyanın İrana müasir hərbi texnologiya sahəsində gizli dəstəyinin detalları ifşa edilib. “Financial Times”-ın araşdırmasına …