Çərşənbə , Noyabr 11 2026
azfa

Türkiyə hərbi təyyarəsi Gürcüstanda qəzaya uğrayıb – Video

GADTB: Türkiyəyə məxsus C-130 hərbi yük təyyarəsi Gürcüstanda qəzaya uğrayıb.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Azərbaycandan ölkəmizə uçan C-130 hərbi yük təyyarəsi Gürcüstanda qəzaya uğrayıb. Azərbaycan və Gürcüstan hakimiyyət orqanları ilə koordinasiyalı şəkildə axtarış-xilasetmə işlərinə başlanılıb”, – məlumatda qeyd olunub.

Ölən və yaralananlar barədə məlumat verilməyib.

Gürcüstan Hava Naviqasiya Xidmətinin məlumatına görə, təyyarə ilə əlaqə qəfil kəsilib və hadisədən dərhal sonra müəyyən olunmuş protokollara əsasən, axtarış-xilasetmə əməliyyatlarına başlanılıb.

“Gürcüstan ərazisini keçdikdən bir neçə dəqiqə sonra Türkiyənin C-130 təyyarəsi həyəcan siqnalı vermədən radarlarımızdan itib. Hadisədən sonra Gürcüstan Hava Naviqasiya Xidməti tərəfindən müəyyən edilmiş axtarış-xilasetmə tədbirləri həyata keçirilməyə başlanıb”, – məlumatda qeyd olunub.

Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında həmçinin bildirilib: “Qəzaya düşən təyyarəmizin göyərtəsində uçuş heyəti də daxil olmaqla 20 nəfər şəxsi heyət olub. Axtarış-xilasetmə işləri davam edir”.

Qeyd edək ki, bir müddət öncə yayılan məlumatda helikopterin qəzaya uğradığı bildirilmişdi.

https://t.me/GADTB1/46268

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …