
GADTB: “Afşariyurdu Tikantəpə” adlı Instagram səhifəsi yayımladığı video vasitəsilə Tikantəpə (Tekab) mədənlərinin dağıdıcı şəkildə talan edilməsini və Azərbaycanın iqtisadi istismara məruz qalmasını nümayiş etdirib.
Səhifədə yazılıb:
“Azərbaycanın Tikantəpə şəhəri klassik bir müstəmləkə nümunəsidir və göstərir ki, eyni anda necə mümkündür:
– qızıl və qiymətli daşlarla zəngin bir bölgəni İsfahanlı, Yəzdli və Kermanlı məmurların əlində talan etmək;
– şəhəri ölkənin 31 ən geridə qalmış bölgəsi sırasına salmaq;
– məşhur xalça sənayesini məhv etmək;
– yerli əhalini sistematik şəkildə Tehran, Kərəc və Qum kimi mərkəzi şəhərlərə köçürmək;
– qədim abidələrə, o cümlədən Soğurlu kimi yerlərə saxta fars kimliyi qazandırmaq;
– bölgəyə qeyri-yerli əhalini gətirməklə demoqrafik tərkibi dəyişdirmək.”
Paylaşımda əlavə olunub ki, Tikantəpə Azərbaycanın zəngin, lakin ən çox istismara məruz qalan və ədalətsizliyə düçar edilmiş bölgələrinin güzgüsüdür.
Qeyd edək ki, Zərəşuran və Ağdərə mədənləri — Yaxın Şərqin ən böyük qızıl yataqları — məhz bu bölgədə yerləşir. Ümumilikdə Tikantəpədə 80 daş mədəni fəaliyyət göstərir. Məlumatlara görə, bu mədənlərin əksəriyyətinin idarəçiliyi azərbaycanlılara qarşı ayrı-seçkilik edən İran rəsmiləri tərəfindən fars şirkətlərinə verilib.
Mədənlərdə hasil olunan xammal emal edilmədən ölkənin mərkəzinə daşınır, nəticədə həm vergilər, həm də gəlirlər İsfahan, Kerman, Yəzd və Tehran kimi şəhərlərin iqtisadiyyatına yönəlir.
Bununla belə, bölgə əhalisi ən sadə infrastruktur imkanlarından — internet, içməli su və keyfiyyətli yollardan məhrumdur və mədənlərin yaratdığı ekoloji fəsadlarla üz-üzə qalıb.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi