Ətraf mühit fəalı: “14 çayın qarşısını bağladılar, Urmiya gölünü qurutdular” – Video

GADTB: Tanınmış ətraf mühit müdafiəçisi Məhəmməd Dəruviş İranda həyata keçirilən dağıdıcı su siyasətlərini tənqid edərək bildirib ki, Arazboyu və Urmiya gölünə tökülən 14 çayın yolu çoxsaylı bəndlərlə bağlanıb. O, Xəbər Fori ilə müsahibəsində belə deyib:

“Qeyri-məntiqi və məsuliyyətsiz qərarlarla Urmiya gölünə axan 14 çayın qarşısına bənd çəkdilər; guya ki, əkin sahələrini artırmaq və alma ixracını Livana yüksəltmək üçündür.”

Dəruvişin sözlərinə görə, bu siyasətlər gölün təbii su haqqını tamamilə kəsib və quruma prosesini sürətləndirib. O, illərdir ki, İranın su idarəçiliyinin ekoloji prinsiplər deyil, qısamüddətli iqtisadi maraqlar əsasında aparıldığını vurğulayıb.

Ətraf mühit fəalı əlavə edib:

“Urmiya gölünün xilası yalnız bir şərtlə mümkündür: içməli sudan sonra ilk növbədə gölün su haqqı bərpa edilməlidir. Regionun su ehtiyatlarının kənd təsərrüfatı alverinin və uğursuz layihələrin qurbanına çevrilməsi davam edə bilməz.”

Sonda o, bənd siyasətlərinin təcili yenidən nəzərdən keçirilməsini, çay axınlarının bərpasını və Urmiya gölünün su haqqının təmin olunmasını tələb edib.

https://t.me/GADTB1/46371

Həmçinin yoxlayın

Tramp: İran danışmaq istəsə, sadəcə zəng etməlidir

GADTB: Onların rəhbərliyi daxilində böyük daxili çəkişmələr və qarışıqlıq var. Onlar da daxil olmaqla, heç …

Molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 41 nəfərə ağır cəza verir

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində müharibə ilə əlaqədar həbs edilən 41 nəfər …