Şənbə , İyul 18 2026
azfa

Azərbaycanlı alim Əhmədrza Cəlalinin edam təhlükəsi: Həbsinin 3500 günü tamamlandı

GADTB: İran-isveç vətəndaşı, azərbaycanlı tədqiqatçı Əhmədrza Cəlalinin həbsindən bu gün 3500 gün keçir. On ilə yaxın davam edən bu müddət, uzunmüddətli təkadamlıq kamera, müalicə imkanlarından məhrum edilmə və edam hökmü ilə müşayiət olunub.

Cəlalinin həyat yoldaşı Vida Mehranniya sosial şəbəkə X-də paylaşdığı mesajda bildirib ki, Əhmədrza Cəlali tamamilə günahsızdır və “onun hüquqi işi heç bir mürəkkəblik daşımır”. Mehranniya həmçinin xəbərdarlıq edib ki, həyat yoldaşının həyatı ciddi təhlükədədir və onun azad olunması yalnız beynəlxalq ictimaiyyətin təcili reaksiyası ilə mümkün ola bilər.

Paylaşımda Cəlali “bir alim və bir ata” kimi təqdim olunur; illərdir ağır həbs şəraitində və edam hökmünün daimi təhlükəsi altında saxlanıldığı vurğulanır.

Vida Mehranniya sonda bir daha Əhmədrza Cəlalinin şərtsiz və dərhal azad olunması çağırışı edib, onun davam edən həbs və qeyri-müəyyənlik vəziyyətini isə “uzunmüddətli ədalətsizlik” adlandırıb.

Həmçinin yoxlayın

Molla rejimi həbs etdiyi milli fəallar barədə ailələrinə məlumat vermir

GADTB: bir müddət öncə Ərdəbil və Xiyav (Meşgin) şəhərlərində həbs edilən azərbaycanlı milli fəallar Siyamək …

İranda daha bir neçə körpü və rabitə infrastrukturu ABŞ hücumlarının hədəfi olub

GADTB: Sepaha yaxınlığı ilə tanınan Təsnim xəbər agentliyi ABŞ-ın İrana qarşı hücumlarının yeddinci gecəsində Bəndər-Abbas–Rudan …