Molla rejimin türkcə adların qadağan edilməsinə etirazları azaltmaq üçün yeni hiylə işlədir

GADTB: Bir neçə gün öncəyə qədər bütün vətəndaşlar sahim.sabteahval.ir ünvanında yerləşən “Sahim” adlı ad seçimi sisteminə daxil olaraq istədikləri adı yazıb, onun icazəli və ya qadağan olunduğunu ödənişsiz şəkildə öyrənə bilirdilər.

Lakin #Balamin_Adı kampaniyasının araşdırmalarına görə, İranın Dövlət Qeydiyyat İdarəsi son günlər bu prosesi həm pullu, həm də çox daha mürəkkəb hala gətirib. Artıq vətəndaşlar adların icazəli və ya qadağan olub-olmadığını görmək üçün üz tanıma ilə şəxsiyyət təsdiqi prosesindən keçməyə məcbur edilirlər.

Yeni qaydalara əsasən:

“Sahim” sistemində “Ad seçimi” bölməsinə klik edən istifadəçi avtomatik olaraq Hoda – İran Rəqəmsal Kimlik Sisteminə yönləndirilir;

Vətəndaşdan Hoda proqramını telefona yükləmək və üzünü skan edərək identifikasiya prosesini tamamlamaq tələb olunur;

Bu proses üçün istifadəçidən 19 800 tümən xidmət haqqı tutulur.

Bu uzun mərhələlərdən sonra vətəndaş yalnız Hoda tətbiqində adın icazəli və ya qadağan olmasını görə bilir.

Halbuki bir çox ölkələrdə dövlət xidmətləri sadələşdirilir və vətəndaş üçün əlçatan edilir. İranın Qeydiyyat İdarəsi isə əksinə, yalnız adların icazəli olub-olmadığını yoxlamaq kimi sadə bir funksiyanı belə vaxt aparan, çətin və xərcli hala gətirib.

Əvvəllər “Sahim” sistemində adların açıq şəkildə görünməsi, xüsusilə Türkcə adların əsassız qadağan edildiyini üzə çıxırdı. Bu şəffaflıq, həm vətəndaşların, həm də media qurumlarının vəziyyəti sənədləşdirməsinə və etirazların artmasına səbəb olurdu. Məhz bu sosial və mediada yaranan təzyiqlər Qeydiyyat İdarəsinin qeyri-şəffaf və ziddiyyətli siyasətlərinin dəyişdirilməsi tələblərini gücləndirirdi.

İndi isə Qeydiyyat İdarəsinin bu prosesi həm pullu, həm də mürəkkəb hala gətirməklə, açıq məlumatlara çıxışı məhdudlaşdırmaq, ailələri və medianı yeni maneələrlə üz-üzə qoymaq istədiyi ehtimal edilir.

Həmçinin yoxlayın

Tramp: İran danışmaq istəsə, sadəcə zəng etməlidir

GADTB: Onların rəhbərliyi daxilində böyük daxili çəkişmələr və qarışıqlıq var. Onlar da daxil olmaqla, heç …

Molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 41 nəfərə ağır cəza verir

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində müharibə ilə əlaqədar həbs edilən 41 nəfər …