Molla rejimin ögey münasibəti nəticəsində Təbrizdə 750 illik tarixi abidə dağıdıldı

GADTB: Təbrizdə islam dünyasının ilk universiteti olan “Rəb-i Rəşidi” kompleksində yerləşən eyni adlı tarixi hamam dağıdılıb.

Tarixi abidə Təbriz Bələdiyyəsi tərəfindən verilən tikinti icazəsi əsasında buldozerlərlə uçurulub.

Mədəni fəalların və yerli əhalinin müraciətlərinə baxmayaraq, Mədəni İrs Nazirliyi və Şərqi Azərbaycan Mədəni İrs Təşkilatı söküntü əməliyyatlarını dayandırmaq üçün heç bir tədbir görməyib.

Qeyd edək ki, bir müddət əvvəl İran Prezidenti Məsud Pezeşkianın tarixi əsərlərlə bağlı keçirilən tədbirdə minlərlə abidə arasında yalnız “Rəb-i Rəşidi“ kompleksinin adını çəkmiş, onun bərpası və qorunması barədə göstəriş vermişdi.

Həmçinin yoxlayın

Evin həbsxanasında saxlanılan azərbaycanlı milli-mədəni fəal Səlar Tahir Əfşarın cəzası artırılıb

GADTB: Yayılan məlumatlara görə, Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbus Salar Tahir Əfsharin hökmü artırılıb. …

ABŞ ilə mümkün razılaşma İran mətbuatını iki cəbhəyə bölüb

GADTB: İran və ABŞ arasında müzakirə olunan mümkün razılaşma ölkə daxilində, xüsusilə də mətbuat orqanları …