Şənbə , Noyabr 14 2026
azfa

“Koroğlu” tamaşasının tamaşaçı sayı 10 mini keçdi

GADTB: “Koroğlu” tamaşasını izləyənlərin sayı 10 min nəfəri keçib. Yaqub Sədiq-Cəmalinin quruluşunda Təbrizin Xavəran zalında səhnələşdirilən bu əsər son günlərdə Azərbaycan ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb və əksər nümayişlərin biletləri qısa müddətdə tükənib.

150-dən çox sənətçinin iştirakı, canlı musiqi, geniş səhnə quruluşu və fərqli vizual təqdimatı ilə hazırlanan tamaşa, xalq qəhrəmanı Koroğlunun dastanından seçilmiş hissələri möhtəşəm və epopeyaya yaxın bir səhnə dili ilə tamaşaçılara təqdim edir.

Tamaşa 21 Azər tarixinə qədər hər gün iki seans olmaqla nümayiş etdiriləcək və bildirildiyinə görə, yenidən uzadılması nəzərdə tutulmur.

Bilet əldə etmək istəyənlər ebilit.com saytına müraciət edə bilərlər.

https://t.me/GADTB1/46834

Həmçinin yoxlayın

Mossad rəhbəri İran rejimi ilə müharibə məsələsini müzakirə etmək üçün Vaşinqtona gedib

GADTB: Mossad rəhbəri Roman Qofman cümə günü İran rejimi ilə müharibə barədə ABŞ-ın yüksək vəzifəli …

Rubio: İran nüvə silahı hazırlamaq üçün bütün işləri görür və nüvə silaahı istəmədiyini iddia edir

GADTB: ABŞ-ın dövlət katibi Marko Rubio İran İslam Respublikası rejiminin nüvə silahı əldə etməyə çalışdığını …