Bazar , Noyabr 29 2026
azfa

Xameneyinin müşaviri BirləşmişƏrəb Əmirliyini hədələdi

GADTB: Dünən İranın rəhbəri Əli Xameneyinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vəlayəti Birləşmiş Ərəb Əmirliklərini sərt tənqid edib.

O, Körfəz Əməkdaşlıq Şurasının BƏƏ-nin Fars körfəzindəki üç ada üzərində suverenliyinə dəstəyini “absurd” adlandıraraq bildirib ki, “İran xalqının səbri sonsuz deyil”.

Vəlayəti BƏƏ-ni Yəməndə və Sudanda “müsəlmanların qanını tökməkdə”, Sokotra adasını işğal etməkdə və Bab əl-Məndəb boğazına nəzarət etməyə çalışmaqda ittiham edib.

O, bu siyasətin ABŞ-nin bölgədəki maraqları ilə uyğunlaşdığını iddia edərək Əbu-Dabinin “ekspansionist addımlar” atdığını deyib.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta Sidneydə Tatar türklərinin Sabantuy festivalına qatılıb-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk …

Dolların məzənnəsi 302 min tüməni keçdi: İran iqtisadiyyatı tam çöküşün astanasındadır

GADTB: İranın azad bazarında rialın dəyəri dəhşətli sürətlə ucuzlaşmaqda davam edir. ABŞ dollarının məzənnəsi bazar …