Çərşənbə , Sentyabr 30 2026
azfa

ABŞ Türkiyəni Rusiya ilə “S-400”-lərə dair razılığına görə təhdid edib

 

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Türkiyə Rusiyadan “S-400” tipli zenit-raket kompleksləri alacağı təqdirdə ABŞ rəhbərliyi Ankaraya qarşı sanksiyalar tətbiq edəcək. Bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Yess Mitçell deyib.

“Biz açıq-aydın Türkiyəyə anlatdıq ki, “S-400”-lərin əldə edilməsi fəsadlarla nəticələnəcək. Biz “Sanksiyalar vasitəsilə ABŞ-ın düşmənlərinə qarşı mübarizə” haqqında qanuna uyğun olaraq sanksiyalar tətbiq edəcəyik”, – deyə Mitçell qeyd edib.

Onun sözlərinə görə, adıçəkilən sövdələşmə Türkiyə-ABŞ münasibətlərinə zərbə olacaq və əvvəlki əlaqələrin bərpasını çətinləşdirəcək.

Həmçinin yoxlayın

İranda hakimiyyətin başında SEPAH-ın nəzarətində olan hökumət dayanır

GADTB: ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş əməkdaşı və “İranın Nüvə Silahına Qarşı Birlik” təşkilatının …

Skot Besent: İran İslam Respublikasının maliyyə və silah təminatçılarını müəyyən edib ifşa və təcrid edəcəyik

GADTB: ABŞ-ın maliyyə naziri Skot Besent İran İslam Respublikasının silah təchizatı şəbəkələri ilə əlaqəli 10 …

Bir cavab yazın