Bazar ertəsi , Aprel 27 2026
azfa

Molla rejimi Xələc türklərindən olan körpəyə “Atakan” adına 4 ildir doğum haqqında şəhətnamə verməkdən boyun qaçırır

GADTB: Qazvində yaşayan Xələc türkü ailəsinin oğlu Atakan artıq 4 ildir ki, doğum şəhadətnaməsi olmadan yaşayır. Molla rejimin Qeydiyyatı İdarəsi seçilən türk mənşəli “Atakan” adına görə bu sənədin verilməsindən imtina edir və ailəni ciddi sosial və hüquqi problemlərlə üz-üzə qoyur.

Atakanın atası Əlirza Əfşar məsələni “Balamın adı” kampaniyasına cavab olaraq @dan.magazin səhifəsinə belə açıqlayıb:

“Oğlumuz 4 il əvvəl İstanbulda dünyaya gəlib və biz ona Atakan adını verdik. Bu ad türkcədə ‘cüsarətli, şücaətli, ata qanı daşıyan’ anlamına gəlir. İstanbulda işlədiyimiz üçün xəstəxana həmin adla doğum kağızı verdi, Türkiyə dövləti də eyni adla qırmızı örtüklü pasport təqdim etdi.

Ancaq İstanbuldakı İran konsulluğuna şəxsiyyət vəsiqəsi almağa gedəndə dedilər ki, ‘Atakan xarici addır, istifadə edə bilməzsiniz, gedin, iranlı ad seçin.’ Biz nə qədər izah etsək də ki, Qazvin türklərindəyik və bu ad türkcədir, qəbul etmədilər.

Sonra yalnız pasaavan (keçid icazəsi) verib bizi İrana yola saldılar. Qazvində  Əhalinin Qeydiyyatı İdarəsində də dedilər ki, bu ad ‘Türkiyəyə aid və qadağandır, qeydiyyata almırıq. Gedin, uşağın adını Azəri qoyun!’ Mən də dedim: ‘Biz azəri deyilik, xələc türküyük və türk adı seçmişik.’ Amma yenə dinləmədilər.”

Ailə məhkəməyə müraciət etsə də, ilkin instansiya onların əleyhinə qərar çıxarıb. Hazırda qərardan şikayət verilib və 40 gün sonra apellyasiya məhkəməsi keçiriləcək.

Uşaq 4 ildir xidmətlərdən məhrumdur

Şəhadətnamə verilmədiyi üçün Atakan ciddi problemlərlə üzləşib:

Peyvənd mərkəzləri uşağı “xarici vətəndaş” hesab edərək peyvənd vurmaqdan imtina edir;

Uşaq tibbi sığortadan məhrumdur və bütün xərclər ailənin üzərinə düşür;

Ailə yarana, ədalət səhmləri, uşaqpulu və digər sosial xidmətlərdən istifadə edə bilmir;

Valideynlər İstanbulda işlədiklərinə görə hər 90 gündən bir Türkiyəyə giriş-çıxış etməyə məcbur qalır və bu da ciddi maddi yük yaradır.

Hüquqşünas: Türk adlarının qadağan olunmasına heç bir hüquqi əsas yoxdur

Hüquq üzrə mütəxəssis Məhəmməd Şükri Astamal bildirib ki, türk xalqlarının ortaq adlarının “Türkiyəyə aid” bəhanəsi ilə qadağan olunması əsassızdır:

“Eyni dil və mədəniyyətə malik ölkələrdə türk adlarının istifadəsi heç bir halda ‘xarici mədəniyyətin təbliği’ sayıla bilməz. Türk xalqları arasında yüzlərlə ortaq ad var və bunların çoxu İran türkləri arasında da geniş yayılıb.”

Həmçinin yoxlayın

Müctəba Xameneinin ölməsi ehtimal edilir

GADTB: Son saatlarda sosial mediada İranın yüksək rütbəli rəsmilərinin həlak olduğunu göstərən görüntülərin yayılması geniş …

Sayın Mikayil bəy Oyta və sayın Sara xanım Azərsun Sidneydə 23 April Uşaklar Günü tədbirində- Video

GADTB: 23 Aprel Uşaqlar Günü münasibətilə Avstraliyanın Sidney şəhərində Türk Öz Təşkilatı tərəfindən tədbir təşkil …