Cümə axşamı , Sentyabr 17 2026
azfa

Bir qrup azərbaycanlı fəal bəyanat yayaraq aclıq aksiyası keçirən fəalları aclıq aksiyasını dayandırmağa çağırıblar

GADTB: Güney Azərbaycan və xaricdə  yaşayan bir qrup azərbaycanlı fəal, ziyalı və yazıçı Tehranın Evin həbsxanasında saxlanılan milli fəalların, xüsusilə aclıq aksiyası keçirən azərbaycanlı məhbusların durumundan narahatlıqlarını ifadə edərək, onları aclıq alksiyasını dayandırmağa çağırıblar.

Bəyanatda deyilir: “Xüsusən həftələrdir aclıq aksiyası keçirən Vədud Əsədi, Tahir Nəqəvi, Ayaz Seyfxah və Mahmud Ocaqlunun vəziyyətindən nigəranıq. Onların başına gələn istənilən xoşagəlməz hadisəyə görə, adı çəkilən şəxslərin barəsində ədalətsiz hökm çlxaran İran məhkəmə sistemi, ümumilikdə İran hökuməti məsuliyyət daşıyır”,- bəyanat müəllifləri bildiriblər.

Bəyanatı imzalayanlar, aclıq aksiyası keçirən fəalların haqlı mübarizələrini dəstəklədiklərini, onlara verilən cəzanın əsassız və ədalətsiz olduğunu qeyd edib, ayrı-seçkiliyin aradan qaldırılması uğrunda fəaliyyətlərini davam etdirmək üçün həyatda qalmalarının vacibliyini vurğulayıblar:

“Məqsədə nail olmaq və ədalətsizliyi aradan qaldırmaq üçün sizlərin yaşamanız vacibdir. Buna görə də, sizin iradə və əzminizi təqdir etdir, 21 Azər Hərəkatının, Cənubi Azərbaycan Milli Hökumətinin qurulmasının ildönümü günündə sizdən aclıq aksiyanızı dayandırmanızı xahiş edirik.”

Qeyd edək ki, Tahir Nəqəvi və Vədud Əsədi 50 günə yaxındır ki, barələrində çıxarılan ədalətsiz hökmə, özlərinə qarşı edilən təzyiqlərə və tibbi xidmətdən məhrum edilmələrinə etiraz olaraq aclıq aksiyasına başlayıblar.

Başqa bir neçə fəal isə sonradan onlara dəstək məqsədilə aclıq aksiyasına qoşulublar.

Adı çəkilən fəallar 2024-cü ilin fevral ayının əvvəllərində bir neçə başqa fəalla eyni vaxtda həbs edilərək Tehranın Evin həbsxanasına köçürülüblər.

Onlar “milli təhlükəsizliyə qarşı əlbir olmaq”, “hökumətə qarşı təbliğat”. “rəhbəri təhqir etmək” və “casusluq”da günahlandırılaraq uzun müddətli həbs cəzasına məhkum ediliblər.

Həmçinin yoxlayın

BMT Baş katibi: Hörmüz və Babülməndab boğazlarında gəmiçilik azadlığı tam təmin edilməlidir

GADTB: Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş sentyabrın 16-da, BMT Baş Assambleyasının başlamasından əvvəl …

Rusiya İrana ABŞ obyektlərini vurmaq üçün kəşfiyyat məlumatları verib

GADTB: CNN iki amerikalı rəsmiyə istinadən yazıb ki, Rusiya İranın ABŞ-a məxsus obyektlərinə zərbələr endirməsi …