
GADTB: Təbriz Şəhər İslam Şurasının üzvü Rəsul Bərgi futbolçu Şüca Xəlilzadəyə Təbriz şəhərinin fəxri vətəndaşlığının verilməsini təklif edib.
Bərgi son günlər Yəzd şəhərində baş verən xoşagəlməz hadisələrə toxunaraq bildirib:
“Şüca Xəlilzadəni Şura iclasına dəvət etməliyik. Bu hadisələri nəzərə alaraq və ona olan dəstəyimizi, həmçinin şəhərimizin qeyrət və təəssübkeşliyini göstərmək üçün Təbrizin fəxri vətəndaşlığını ona təqdim etməliyik.”
Onun sözlərinə görə, bu addım Təbriz əhalisinin və şəhər rəhbərliyinin Şüca Xəlilzadənin mövqeyi, qeyrəti və dirənişinə verdiyi dəyərin simvolu ola bilər. Bildirilib ki, bu təklif yaxın iclaslarda Şəhər Şurasında müzakirəyə çıxarılacaq.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi