Evin həbsxanasının 209-cu bölməsində həbsdə olan Abbas Lisani və Yusif Kari barədə məlumat yoxdur

GADTB: Azərbaycan milli hərəkatının fəalları Abbas Lisani və Yusif Kari təkadamlıq kameralara köçürülmələrindən 42 gün keçməsinə baxmayaraq, hələ də Evin həbsxanasının 209-cu bölməsində (Kəşfiyyat Nazirliyinin təcridxanası) saxlanılırlar.

Behzad Dəştinin yüksək məbləğdə girov qarşılığında azadlığa buraxılmasına və Əli Xeyircunun istintaq prosesinin başa çatmasından sonra Evin həbsxanasının 7-ci bölməsinə köçürülməsinə baxmayaraq, Abbas Lisani və Yusif Kari hələ də ümumi bölməyə keçirilməyiblər. Onların fiziki vəziyyəti barədə məlumatın olmaması ailələrinin narahatlığını daha da artırıb.

Hesabatın hazırlandığı vaxta qədər Abbas Lisani ailəsi ilə cəmi bir neçə dəqiqəlik qısa telefon əlaqəsi saxlaya bilib və son zəngindən artıq bir həftə keçib. Yusif Kari isə indiyədək ailəsi ilə heç bir telefon əlaqəsi qura bilməyib.

Qeyd edək ki, Bezad Dəşti 26 azər 1404-cü il tarixində 7 milyard tümənlik yüksək girov qarşılığında 209-cu bölmədən müvəqqəti olaraq azad edilib. Əli Xeyrcu isə 3 dey tarixində Evin həbsxanasının 7-ci bölməsinə köçürülüb.

Bu fəallar 22 aban 1404-cü ildə ayrı-ayrılıqda Tehran Baş Prokuroru Əli Salehi və Evin həbsxanasının rəisinə müraciət edərək, saxlanılma zamanı aldıqları xəsarətlərin qeydə alınması üçün dərhal Məhkəmə-Tibbi Ekspertiza İdarəsinə göndərilmələrini tələb etmiş, 27 aban tarixində isə 209-cu bölməyə köçürülmüşdülər.

Abbas Lisani, Əli Xeyircu, Yusif Kari və Bezad Dəşti 20 aban 1404-cü il səhər saatlarında Evin həbsxanasının qarşısında molla rejimin qüvvələri tərəfindən saxlanılıblar. Onlar qısa telefon danışıqlarında ailələrinə saxlanılma zamanı ciddi şəkildə döyüldüklərini bildiriblər. Bir neçə saat sonra həmin şəxslər Evin Prokurorluğunun 6-cı istintaq şöbəsinə (hakim Vahid Nasiri) aparılıb və onlara aşağıdakı ittihamlar irəli sürülüb:

Abbas Lisani: “qanunsuz qrup yaratmaq və rəhbərlik etmək”, “ölkə təhlükəsizliyinə qarşı toplaşma və əlbirlik”, “ictimai asayişi pozmaq”

Əli Xeyircu, Yusif Kari və Bezad Dəşti: “qanunsuz qrup üzvlüyü”, “ölkə təhlükəsizliyinə qarşı toplaşma və əlbirlik”, “ictimai asayişi pozmaq”

Məlumatlara görə, “ictimai asayişi pozma” ittihamı üzrə 1 milyard tümən girov qərarı, digər ittihamlar üzrə isə həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxslər istintaq zamanı təhlükəsizlik və polis qüvvələrinin zorakılığına etiraz edərək Məhkəmə-Tibbi Ekspertizaya göndərilmələrini tələb ediblər.

Həmçinin yoxlayın

Tramp: İran danışmaq istəsə, sadəcə zəng etməlidir

GADTB: Onların rəhbərliyi daxilində böyük daxili çəkişmələr və qarışıqlıq var. Onlar da daxil olmaqla, heç …

Molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 41 nəfərə ağır cəza verir

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində müharibə ilə əlaqədar həbs edilən 41 nəfər …