Azərbaycan Milli Hərəkatı fəalı Əli Babayiyə qarşı sui-qəsd cəhdi

GADTB: «Demokratlar» kanalının yaydığı məlumata görə, Azərbaycan Milli Hərəkatının fəalı Əli Babayi Təbrizdən Quşaçay (Miyandab) istiqamətində hərəkət edərkən fiziki aradan götürmə cəhdinə məruz qalıb. Yaxınlarının bildirdiyinə görə, bu marşrut üzrə iki minik avtomobili onun avtomobilini təqib edib.

Məlumata əsasən, Quşaçayın Göytəpə kəndi yaxınlığında avtomobillərdən biri qəsdən bir neçə dəfə toqquşma yaradaraq Əli Babayinin avtomobilini yol kənarındakı dərəyə yönəltməyə və aşırmağa cəhd göstərib. Lakin bu cəhd uğursuz olub. Ardınca digər avtomobilin sərnişinlərindən biri ona doğru atəş açıb. Buna baxmayaraq, Əli Babayi bu sui-qəsddən sağ çıxıb.

Qeyd edək ki, Əli Babayi daha əvvəl 13 digər fəalla birlikdə ümumilikdə 89 ildən artıq həbs cəzasına məhkum edilmişdi. O, «Demokratlar» adlı qrupda üzvlük ittihamı ilə 2 il 9 ay, «ölkənin təhlükəsizliyinə qarşı toplaşma və əlbirlik» ittihamı ilə isə 3 il 7 ay müddətinə azadlıqdan məhrum edilib.

Həmçinin yoxlayın

Tramp: İran danışmaq istəsə, sadəcə zəng etməlidir

GADTB: Onların rəhbərliyi daxilində böyük daxili çəkişmələr və qarışıqlıq var. Onlar da daxil olmaqla, heç …

Molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 41 nəfərə ağır cəza verir

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində müharibə ilə əlaqədar həbs edilən 41 nəfər …