Cümə , İyul 17 2026
azfa

Cənubi Azərbaycanın bəzi şəhərində etiraz aksiyaları davam edib– video

GADTB: Sosial şəbəkələrdə yayılan görüntü və məlumatlara əsasən, 17 dey 1404-cü il tarixində Cənubi Azərbaycanın bir neçə şəhərində tətil və etiraz aksiyaları davam edib.

Məlumata görə, Təbriz bazarının bir hissəsi dünən bahalaşmaya və mövcud hakimiyyətə etiraz olaraq bağlanıb.

Qəzvin şəhərinin bazarında, həmçinin Zəncan vilayətinin Qeydar şəhərində istibdada və qiymət artımına qarşı etirazlar 11-ci gündür davam edir. Etirazçılar diktaturaya qarşı şüarlar səsləndiriblər. Xorramdərə şəhərində də insanların küçələrə çıxması və etiraz mühitinin formalaşdığı bildirilir.

Əbhər şəhərində etiraz aksiyaları zamanı insanlar «Diktatora ölüm» şüarı səsləndirib. Məlumatlara görə, rejimin təhlükəsizlik qüvvələri etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz tətbiq edib, lakin buna baxmayaraq, insanlar aksiya boyunca meydanı tərk etməyib və müqavimət göstəriblər.

Astara şəhərində də rejim əleyhinə kütləvi etiraz aksiyası keçirildiyi bildirilir.

Çərşənbə 17 dey 1404-cü il, saat 20:00 radələrində Qəzvin şəhərinin Zibaşəhər (5-ci rayon) ərazisində gərgin vəziyyətin yarandığı xəbər verilib. Sosial şəbəkələrdə yayılan video və məlumatlar Qəzvində etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmaların baş verdiyini göstərir. Videolardan birində etirazçıların polis əməkdaşlarına tərəf daş atdıqları görünür.

Həmçinin bildirilir ki, etirazların 11-ci günündə, Qəzvin vilayətinin Əlvənd şəhərində mülki geyimli şəxslər və rejimin təhlükəsizlik qüvvələri xalqın üzərinə atəş açıblar.

Həmədan vilayətinin bir sıra şəhərlərində də etiraz aksiyalarının keçirildiyi, digər türk bölgələrdə isə ağır təhlükəsizlik mühitinin hökm sürdüyü qeyd olunur. Həmədanın Buəli bölgəsində etirazlar və toqquşmalar davam edib.

Kərəc şəhərində də etiraz aksiyaları və qarşıdurmaların davam etdiyi bildirilir.

Videolar:

https://t.me/GADTB1/47784

https://t.me/GADTB1/47783

https://t.me/GADTB1/47781

https://t.me/GADTB1/47780

https://t.me/GADTB1/47779

https://t.me/GADTB1/47778

https://t.me/GADTB1/47774

Həmçinin yoxlayın

Tanker Trackers: ABŞ İran İslam Respublikasına məxsus mazutla yüklənmiş neft tankerini saxlayıb

GADTB: SENTKOMun Oman körfəzində M/T “Ven Yao” neft tankerinin saxlanılması və yoxlanılması ilə bağlı məlumatından …

SENTKOM: ABŞ altıncı gecə ardıcıl olaraq İran İslam Respublikası rejiminin onlarla hərbi mövqeyinə zərbələr endirib

GADTB: ABŞ-ın Mərkəzi Komandanlığı (SENTKOM) bildirib ki, ölkənin döyüş təyyarələri, pilotsuz uçuş aparatları və hərbi …