Şənbə , İyul 18 2026
azfa

İran etirazları yatırmaq üçün İraqdan silahlı yaraqlılar gətirir

GADTB: İranda etiraz aksiyalarının genişlənməsi fonunda hakimiyyətin ölkə daxilində təhlükəsizliyi gücləndirmək məqsədi ilə İraqdan Tehrana bağlı silahlı qruplaşmaların yaraqlılarını İrana gətirdiyi bildirilir.

Xarici KİV-lərin İraqdakı mənbələrə istinadən yaydığı məlumatlara görə, “Kətaib Hizbullahı”, “Hərəkət Əl-Nücəba”, “Seyid əş-Şühəda” və “Bədr” silahlı qruplaşmalarına mənsub təxminən 800 nəfər İrana keçib.

Məlumatda qeyd olunur ki, bu yaraqlıların köçürülməsi Şələmçə, Çəzabə və Xosrəvi sərhəd-keçid məntəqələri vasitəsilə həyata keçirilir. Rəsmi sənədlərdə onların Məşhəddə yerləşən İmam Rza türbəsinin ziyarətçiləri kimi təqdim edildiyi bildirilir.

Sözügedən silahlı şəxslər əvvəlcə Əhvaz şəhərindəki “Xameneyi” hərbi bazasında toplanır, daha sonra etirazların yatırılması üçün ölkənin müxtəlif bölgələrinə göndərilir. / Azad İran

Həmçinin yoxlayın

Molla rejimi həbs etdiyi milli fəallar barədə ailələrinə məlumat vermir

GADTB: bir müddət öncə Ərdəbil və Xiyav (Meşgin) şəhərlərində həbs edilən azərbaycanlı milli fəallar Siyamək …

İranda daha bir neçə körpü və rabitə infrastrukturu ABŞ hücumlarının hədəfi olub

GADTB: Sepaha yaxınlığı ilə tanınan Təsnim xəbər agentliyi ABŞ-ın İrana qarşı hücumlarının yeddinci gecəsində Bəndər-Abbas–Rudan …