Şənbə , Aprel 25 2026
azfa

ABŞ İranı sıxışdırır: Təyyarədaşıyan gəmi bölgəyə göndərildi

GADTB: Dünən ABŞ prezidenti Donald Tramp Vaşinqtonun İrana qarşı hərbi təzyiqləri artırdığını açıqlayıb. Onun sözlərinə görə, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus çoxsaylı döyüş gəmiləri artıq İran istiqamətində hərəkətə başlayıb.

Tramp bildirib ki, “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisi və bir neçə idarə olunan raket esminesi yaxın günlərdə Fars körfəzi bölgəsinə daxil olacaq.

ABŞ prezidenti açıqlamasında bu hərbi hərəkəti “nəhəng donanma” kimi xarakterizə edərək, Tehrana bir daha xəbərdarlıq edib. Tramp İran hakimiyyətini etirazçıların öldürülməsindən çəkinməyə və nüvə proqramını davam etdirməməyə çağırıb.

İranın ali rəhbəri Əli Xameneyinin devrilməsi və ya sürgün edilməsi ehtimalı ilə bağlı suala cavab verən Tramp detallar açıqlamaq istəmədiyini bildirib. Bununla belə, o vurğulayıb ki, İslam Respublikası ABŞ-nin nə istədiyini çox yaxşı bilir.

Həmçinin yoxlayın

Tramp: İran danışmaq istəsə, sadəcə zəng etməlidir

GADTB: Onların rəhbərliyi daxilində böyük daxili çəkişmələr və qarışıqlıq var. Onlar da daxil olmaqla, heç …

Molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 41 nəfərə ağır cəza verir

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində müharibə ilə əlaqədar həbs edilən 41 nəfər …