Bazar ertəsi , Aprel 27 2026
azfa

Molla rejimi Ərdəbildə öldürdüyü Əbülfəzl Cəhaninin ailəsinə təzyiq göstərir

GADTB: Ərdəbilin Niyar bölgəsinin sakini, sendviçxanada çalışan gənc Əbülfəzl Cəhani bu şəhərdə baş verən son etirazlar zamanı Ərdəbilin Əliabad məhəlləsində Sepaha-a bağlı qüvvələrin açdığı atəş nəticəsində həyatını itirənlərdəndir.

Onun öldürülməsi xəbəri mediada yayımlandıqdan sonra, Əbülfəzl Cəhaninin ailəsi Ərdəbil vilayətində molla rejimin Kəşfiyyat İdarəsi tərəfindən ciddi psixoloji və mənəvi təzyiqlərə məruz qalıb. Ailəyə yaxın bir mənbənin bildirdiyinə görə, gəncin nəşi öldürülməsindən dörd gün sonra ailəsinə təhvil verilib.

Məlumata əsasən, təhlükəsizlik qurumları nəşin təhvil verilməsi üçün ailədən iri məbləğdə pul tələb ediblər. İlkin tələb olunan məbləğin təxminən 1,5 milyard tümən olduğu bildirilsə də, ailə sonda təxminən 700 milyon tümən ödədikdən sonra övladlarının nəşini ala bilib.

Eyni zamanda, nəş təhvil verildikdən sonra ailəyə məcburi müsahibə vermələri və övladlarının guya “terrorçular tərəfindən öldürüldüyünü” bəyan etmələri üçün təzyiq göstərildiyi bildirilir. Bu iddia isə şahid ifadələri və yerli mənbələrin yaydığı məlumatlarla ziddiyyət təşkil edir.

Yerlı hesabatlar göstərir ki, Ərdəbildə son etirazlar zamanı bir neçə nəfər həyatını itirib, çox sayda şəxs isə yaralanıb və ya saxlanılıb. Gücləndirilmiş təhlükəsizlik mühiti, ailələrin təhdid edilməsi və geniş informasiya məhdudiyyətləri səbəbindən qurbanların və saxlanılanların dəqiq sayı hələ də məlum deyil.

Həmçinin yoxlayın

Dörd ayda 612 məhbus edam edilib

GADTB: 2026-cı ilin ilk dörd ayında İran həbsxanalaında ən azı 612 məbus edam edilib. Bu …

Donald Trump: “İranın neft saxlama imkanları tükənir, infrastruktur yaxın günlərdə çökə bilər”

GADTB: ABŞ prezidenti Donald Trump bildirib ki, tətbiq olunan dəniz mühasirəsi nəticəsində İranın neft saxlama …