Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Ərdəbildə həkim Amənə Süleymani həbs edilib

GADTB: Dermatoloq həkim Amənə Süleymani Ərdəbil şəhərində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Məlumata görə, onun saxlanılması etirazlar zamanı yaralananlara tibbi xidmət göstərməsi ilə bağlıdır.

Bildirildiyinə görə, həkimin saxlanılması yalnız peşə borcunu yerinə yetirməsi və zərərçəkənlərə tibbi yardım göstərməsi ilə əlaqədardır. Hüquq müdafiəçiləri vurğulayırlar ki, xüsusilə böhranlı şəraitdə həkimlərə və tibb işçilərinə qarşı təhlükəsizlik tədbirləri görmək tibbi etikanın əsas prinsiplərinin, tibb işçilərinin peşə öhdəliklərinin və beynəlxalq insan hüquqları standartlarının açıq şəkildə pozulması hesab olunur.

Həmçinin yoxlayın

WSJ: “İran nüvə obyektlərini möhkəmləndirir”

GADTB: “The Wall Street Journal” (WSJ) qəzeti yazıb ki, İran mümkün yeni hərbi qarşıdurmaya hazırlaşır, …

Azərbaycanlı ekoloq fəal Milad Balsininin həbsdə saxlanılması davam edir, vəziyyəti barədə məlumat yoxdur

GADTB: Azərbaycanlı jurnalist və fəal Milad Balsinininin barəsində həbs qətimkan tədbirinin seçilməsindən 30 gündən çox …