Şənbə , İyul 18 2026
azfa

Təbrizdə Əsəl Şakeri, Ərdəbildə isə Əşkan Şəhbazi etirazlar zamanı öldürülüb

GADTB: 33 yaşlı təbrizli azərbaycanlı gənc, fotoqraf və videorejissor Əsəl Şakeri 1404-cü ilin 19 dey tarixində Təbriz şəhərində keçirilən kütləvi etirazlar zamanı İran İslam Respublikasının repressiv qüvvələrinin birbaşa açdığı atəş nəticəsində həyatını itirib.

Məlumatlara əsasən, onun nəşi təxminən 13 gün sonra və təhlükəsizlik qurumlarının təzyiqi altında ailəsinə təhvil verilib. Bildirilir ki, mərhumun ailəsinə hər hansı ictimai anım mərasiminin keçirilməsinə və hadisə ilə bağlı sərbəst məlumat yayılmasına icazə verilməyib.

Eyni zamanda, Ərdəbil şəhərindən olan 20 yaşlı azərbaycanlı gənc Əşkan Şəhbazi də son etirazlar zamanı İranın hərbi qüvvələrinin açdığı atəş nəticəsində həyatını itirib. Onun nəşi Ərdəbil şəhərində yerləşən Behəşt-Zəhra qəbiristanlığında dəfn edilib.

Həmçinin yoxlayın

Molla rejimi həbs etdiyi milli fəallar barədə ailələrinə məlumat vermir

GADTB: bir müddət öncə Ərdəbil və Xiyav (Meşgin) şəhərlərində həbs edilən azərbaycanlı milli fəallar Siyamək …

İranda daha bir neçə körpü və rabitə infrastrukturu ABŞ hücumlarının hədəfi olub

GADTB: Sepaha yaxınlığı ilə tanınan Təsnim xəbər agentliyi ABŞ-ın İrana qarşı hücumlarının yeddinci gecəsində Bəndər-Abbas–Rudan …