Bazar , Avqust 16 2026
azfa

Molla rejimi Marağada 16 nəfər həbs etdiyini bildirir

GADTB: Molla rejimi Güney Azərbaycanın Marağa şəhərində etiraz aksiyalarında iştirak edən daha 16 nəfər həbs edilib. Bu barədə şəhərin polis rəisi Tohid Farsi bildirib.

O, etirazçıların polis və təhlükəsizlik qüvvələrinin birgə keçirdiyi əməliyyat nəticəsində həbs olunduqlarını deyib.

Farsi, kimliyi açıqlanmayan 16 nəfərin etiraz aksiyalarının təşkilatçıları və liderləri olduğunu iddia edib.

Polis rəisi azərbaycanlı məhbusların “ictimai asayişi pozmaqda”, “vətəndaşları iğtişaşlara çağırmaq”da və “dövlət əmlakına zərər vurmaq”da ittiham olunduqlarını bildirib.

Qeyd edək ki, İranda etiraz aksiyaları başlayandan bu günə kimi saxlanılanların sayı 44 min nəfəri keçib.

Həmçinin yoxlayın

Fars şovinistlərinin Xəzər dənizinin adını dəyişdirmək üçün yeni kampaniyası

GADTB: Şovinist farslar “Xəzər dənizinin tarixi adının bərpası” adlı internet kampaniyasına start veriblər. “Milli Xəzər …

Ərdəbildə döymə mərkəzləri möhürləndi, məsul şəxslər saxlanıldı

GADTB: Ərdəbil şəhər prokurorluğunun göstərişi ilə şəhərdə fəaliyyət göstərən bir neçə döymə (tatu) xidmət mərkəzi …