Şənbə , Aprel 25 2026
azfa

Güney Azərbaycanın Qəzvin bölgəsindən olan xanım fəalın həyatı təhlükədədir

GADTB: Həbsdə olan qəzvinli ictimai fəal Suri Babai Çegininin vəziyyəti barədə məlumat əldə etmək mümkün olmur.

Onun ailəsi 6 yanvarda etiraz aksiyasında iştirak etdiyinə görə ağır şəkildə döyülərək həbs olunan xanım fəalın həyatından nigərandırlar.

“Suri Babai Çegini həbs olunduqdan iki gün sonra təhlükəsizlik təcridxanasından Qəzvinin Çubindər həbsxanasına köçürülüb və o gündən bu yana ağır yaralı olan məhbusun ailəsi və vəkillə əlaqə saxlamasına icazə verilmyib. Bu da, onun sağlamlığı barədə şübhə və nigəranlığın artmasına səbəb olub”,- məlumatda bildirilib.

Qeyd edək ki, qəzvinli fəal bundan əvvəl də məcburi hicaba qarşı çıxdıına görə həbs edilib.

Həmçinin yoxlayın

Tramp: İran danışmaq istəsə, sadəcə zəng etməlidir

GADTB: Onların rəhbərliyi daxilində böyük daxili çəkişmələr və qarışıqlıq var. Onlar da daxil olmaqla, heç …

Molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 41 nəfərə ağır cəza verir

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində müharibə ilə əlaqədar həbs edilən 41 nəfər …