Çərşənbə axşamı , Avqust 18 2026
azfa

Molla rejimi Xameneinin öldürülməsi münasibətilə matəm elan edib

GADTB: Bazar günü – 1404-cü il isfand ayının 10-u, saat 05:00 radələrində İran dövlət televiziyası təcili xəbər yayımlayaraq Əli Xameneinin öldüyünü təsdiqləyib.

Bundan bir neçə saat əvvəl ABŞ-ın sabiq prezidenti Donald Trump açıqlama verərək, ABŞ və İsrailin ilk hücum günü Xameneinin həlak olduğunu bildirmişdi.

The Times of Israel nəşrinin məlumatına görə, bir İsrail rəsmisi yerli mediaya açıqlamasında Xameneinin İsrailin səhər saatlarında İran daxilində həyata keçirdiyi hava zərbəsi nəticəsində öldüyünü deyib. Həmçinin Channel 12 (Israel) Xameneinin cəsədi ilə bağlı sənədlərin İsrailin baş naziri Benjamin Netanyahuya təqdim edildiyini iddia edib.

İsrail ordusu İranın yüksək təhlükəsizlik rəhbərliyinin zərərsizləşdirildiyini bəyan edib. Açıqlamada bildirilir ki, səhər saatlarında İsrail Hərbi Hava Qüvvələrinin yüzlərlə qırıcısı hərbi kəşfiyyatın dəqiq yönləndirməsi ilə İran ərazisində yüzlərlə hərbi hədəfi vurub. İddialara əsasən, sürpriz hücum çərçivəsində Tehranın müxtəlif nöqtələrində İranın təhlükəsizlik rəhbərliyinin yüksək vəzifəli üzvlərinin toplaşdığı məkanlar hədəfə alınıb.

İsrail tərəfi ilkin hücum dalğasında həmin yüksək vəzifəli şəxslərin öldürüldüyünü açıqlayıb.

Donald Tramp da rəsmi açıqlamasında Xameneinin öldüyünü təsdiqləyib və onu “tarixin ən qəddar fiqurlarından biri” adlandırıb.

https://t.me/GADTB1/49243

Həmçinin yoxlayın

Ayaz Seyfxahın həbsxanada eşitmə vəziyyəti ağırlaşıb, müalicə üçün xəstəxanaya göndərilmir

GADTB: Azərbaycan Milli Hərəkatının fəalı və siyasi məhbus, Evin həbsxanasında saxlanılan Ayaz Seyfxahın 12 günlük …

Molla rejimi ABŞ-ı dəniz blokadasını yarmaqla hədələyib

GADTB: İranın adı açıqlanmayan yüksək vəzifəli rəsmilərindən biri ABŞ ilə diplomatik danışıqların nəticəsiz qalacağı təqdirdə …