Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Təbrizdə elektrik kəsintiləri Tehranın göstərişi ilə müəyyənləşdirilir

GADTB: Təbrizdə uzunmüddətli elektrik kəsintiləri ilə bağlı narazılıqların artması fonunda Təbriz Elektrik Paylayıcı Şirkəti bəzi abonentlər üçün kəsintilərin ikinci mərhələsinin tətbiqi ilə bağlı açıqlama verib.

Təbriz Elektrik Paylayıcı Şirkətinin baş direktoru Əkbər Fərəcniya bəzi abonentlər üçün elektrik kəsintilərinin ikinci mərhələsinin tətbiq edildiyini təsdiqləyib. O bildirib ki, əvvəllər bu mərhələ tətbiq edilmirdi, lakin şəbəkəyə düşən yükün artması və mövcud vəziyyətlə əlaqədar Tehranın göstərişi ilə kəsinti cədvəlinə əlavə edilib.

Fərəcniyanın sözlərinə görə, elektrik kəsintilərinin vaxt cədvəli əvvəlcədən elan olunub və «Barq-e Mən» sistemində də yerləşdirilib.

O vurğulayıb ki, ikinci mərhələ üzrə elektrik kəsintiləri bütün abonentlərə şamil edilmir və abonentlərin təxminən 10–20 faizini əhatə edir.

Təbriz Elektrik Paylayıcı Şirkətinin baş direktoru əlavə edib: «Əvvəllər ikinci kəsinti mərhələsi tətbiq olunmurdu. Lakin Tehranın bildirişi və şəbəkənin yük vəziyyəti nəzərə alınaraq bu mərhələni də əlavə etməyə məcbur olduq».

Təbriz sakinlərinin ən təməl hüquqlarından biri olan elektrik enerjisinin verilməsi ilə bağlı qərarların şəhərin yerli qurumları tərəfindən deyil, Tehran tərəfindən müəyyənləşdirilməsi, İran rejiminin Cənubi Azərbaycana qarşı ayrı-seçkilikçi və müstəmləkəçi siyasətinin göstəricilərindən biridir.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …