Çərşənbə , Avqust 19 2026
azfa

Molla rejimin yüksək kəşfiyyat məmurları zərərsizləşdirildi

GADTB: İsrail Müdafiə Qüvvələri (ÇAXAL) İranın Kəşfiyyat Nazirliyinə hücumda ölən şəxslərin adlarını açıqlayıb. Bu barədə ÇAXAL-ın sosial şəbəkə hesabında məlumat verilib.

Bildirilib ki, kəşfiyyat nazirinin İsrail üzrə müavini Seyyid Yəhya Həmidi, casusluq diviziyasının rəhbəri Cəlal Purhüseyn və onların yanında olan digər kəşfiyyat rəsmiləri öldürülüb.

Bununla bağlı İsrailin yaydığı bəyanatda deyilir: “Dəqiq kəşfiyyat məlumatlarına əsaslanan İsrail ordusu İranın terrorçu rejiminin əsas kəşfiyyat orqanı olan Kəşfiyyat Nazirliyinin yüksək vəzifəli şəxslərini məhv etdi. Kəşfiyyat nazirinin müavini Seyyid Yəhya Hamidi də bu səhər məhv edildi”.

Qeyd edək ki, bir müddət əvvəl İranın Kəşfiyyat Nazirliyinin binası hədəf alınıb.

Həmçinin yoxlayın

NATO-dan İranın Bolqarıstan və Kipri hədəfə alma ehtimalına reaksiya

GADTB: İran hökumətinin ABŞ-la qarşıdurmanın daha da kəskinləşəcəyi təqdirdə Bolqarıstan və Kiprdəki hədəflərə zərbə endirmək …

Rusiya müharibə zamanı İrana silah yardımı edib

GADTB: Rusiya müharibə zamanı ciddi şəkildə tükənmiş silah ehtiyatlarını doldurmaq üçün İran hökumətinə dronlar, raketlər …