Cümə axşamı , May 2 2024
azfa

Babək qalası qurultayı ərəfəsinə Ərdəbildə çox sayda azərbaycanlı fəal yaxalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Babək qalası qurultayı ərəfəsinə irqçi fars rejimin təhlükəsizlik orqanları Ərdəbildə çox sayda azərbaycanlı fəal yaxaladı.

Dünən iyulun 2-dən Azərbaycanın müxtəlif şəhərləri ilə yanaşı Ərdəbil şəhərində  tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisani yaxalanıb. Öz iş yerində yaxalanan fəal naməlum istiqamətə aparılıb, onun harada saxlandığı barədə hələlik heç bir məlumat yoxdur. Fəalı yaxalayan rejimin məmurlarının bəzisinin Tehrandan gəldiyi bildirilir.

Ərdəbil şəhərində həmçinin Əsgər Əkbərzadə, Əli Vasiqi və Cəfər Rüstəmi iş yerində, Səid Sadiqifər isə atası evində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Ərdəbildə tutulan azərbaycanlı fəallar arasında Mehdi Huşmənd və Rəhim Qulami də olub.

Qeyd edək irqçi fars rejimi azərbaycanlı fəalları yaxalamaqla Azərbaycan türk millətinin Babək qalasına yürüşünün qarşısını almaq istəyir.

 

Həmçinin yoxlayın

Molla rejimi Şərqi Azərbaycanda hökumətin fəaliyyətlərini ifşa edən tədqiqatçını vəzifəsindən uzaqlaşdırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı tədqiqatçı və ekofəal Əhməd Bayburdi molla rejimin …

Azərbaycan Türkiyə ilə birgə 5-ci nəsil qırıcı istehsal edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin TUSAŞ aerokosmik şirkəti Azərbaycanda fəaliyyət göstərəcək yeni …

Bir cavab yazın