Cümə axşamı , Noyabr 12 2026
azfa

İran xaricdəki öz vətəndaşlarını edamla hədələdi

GADTB: İran hakimiyyəti xaricdə yaşayan iranlılara casusluq fəaliyyəti ilə bağlı sərt xəbərdarlıq edib.

İslam Respublikasının Baş Prokurorluğu tərəfindən yayılan rəsmi bəyanatda bildirilib ki, “düşmənlə əməkdaşlıq”ın hər hansı forması ciddi hüquqi nəticələrə səbəb olacaq.

Açıqlamaya görə, belə fəaliyyətlə məşğul olan şəxslərin əmlakı və digər aktivləri müsadirə edilə bilər. Bundan əlavə, həmin şəxslərin “ölüm cəzası da daxil olmaqla ən sərt cəzalara” məruz qala biləcəyi vurğulanıb./ Azad İran

Həmçinin yoxlayın

Traxtur klubunun İdarə Heyətinin sözçüsü klubun və azarkeşlərin hüquqlarını müdafiə etdiyinə görə 2 milyard tümən cərimələnib!

GADTB: Azərbaycanın Traxtur klubunun İdarə Heyətinin sözçüsü Məhəmməd Həsənnejad klubun və Traxtur azarkeşlərinin hüquqlarını müdafiə …

Akkuyu AES-in ilk enerji blokunun fiziki işə salınmasına az qalıb

GADTB: “Rosatom”un rəhbəri Aleksey Lixaçov jurnalistlərə açıqlamasında bildirib ki, “Rosatom” dövlət korporasiyası Türkiyədə inşa edilən …