Şənbə , İyun 27 2026
azfa

Cənubi Azərbaycan və İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib

GADTB: Gecə boyu və bazar gününün ilk saatlarında Cənubi Azərbaycanın bəzi şəhərlərində və İranın müxtəlif bölgələrində hökumətə məxsus mövqelərə qarşı hücumların həyata keçirildiyi barədə məlumatlar yayılıb.

Məlumatlara görə, gecə saatlarında Təbriz şəhərində bir neçə güclü partlayış səsi eşidilib.

Eyni zamanda Mehr News Agency və bəzi digər yerli media qurumları Tehranın bəzi bölgələrində də partlayış səslərinin eşidildiyini bildiriblər.

Vahid Online Telegram kanalında yayımlanan məlumatlara görə, paytaxtın müxtəlif ərazilərindən vətəndaşlar bir neçə güclü partlayış səsi eşitdiklərini qeyd ediblər. Bəzi yerlərdə partlayışlar binaların və pəncərələrin titrəməsi ilə müşayiət olunub.

Bu məlumatların əsasən Tehranın cənub, cənub-qərb və mərkəzi hissələrindən – o cümlədən Şəhriyar, Naziyabad, Muniriyyə, Mərzdaran və Narmak rayonlarından yayıldığı bildirilir. Bəzi şahidlər dron və ya döyüş təyyarələrinin uçuşunu gördüklərini də qeyd ediblər. Bir sıra ərazilərdə elektrik enerjisinin kəsildiyi də xəbər verilir.

Sosial şəbəkələrdə yayılan digər məlumatlara əsasən partlayış səsləri İsfahan, Sənəndəc, Kiş adası, Fərdis (Kərəc), Vəramin, Lamərd və Naybəndin 4-cü dəniz zonasından da bildirilib.

Həmçinin yoxlayın

Azərbaycanlı fəal Əli Babayi telefon danışığı və görüş hüququndan məhrum edilib

GADTB: Altı aydır Təbriz Mərkəzi Həbsxanasında həbsdə saxlanılan azərbaycanlı milli fəal Əli Babayinin həyat yoldaşı …

İrqçi fars-molla rejimin qurduğu sistemdə əhalinin 60 faizi gələcəyə ümidini itirib

GADTB: İran Daxili İşlər Nazirliyinin dərc etdiyi rəsmi sorğunun nəticələri ölkədə ictimai narazılığın yüksək səviyyədə …