Cümə axşamı , Sentyabr 17 2026
azfa

“Wall Street Journal”: Rusiya İranla Peyk şəkilləri və dron texnologiyası Paylaşır

GADTB: “Wall Street Journal” yazıb ki, Rusiya Amerika qüvvələrini hədəfə almaq və hücum qabiliyyətlərini artırmaq səylərini dəstəkləmək üçün İrana peyk şəkilləri və qabaqcıl pilotsuz uçuş aparatı (PUA) texnologiyası təqdim edib..

Nəşrinn məlumatlı mənbələrə istinadən verdiyi məlumata görə, Rusiya həmçinin Tehrana İran istehsalı olan “Şahid” dronları üçün əsas komponentlər də təqdim edir. Bunun məqsədi İranın rabitə, naviqasiya və hədəf alma qabiliyyətlərini artırmaqdır.

Yüksək vəzifəli Avropa kəşfiyyat rəsmisi iddia edib ki, Rusiya İrana əməliyyatlarda istifadə ediləcək dronların sayı və hücumlar üçün hansı hündürlükdə istifadə ediləcəyi barədə taktiki məlumat verir.

Məlumatda həmçinin iddia edilir ki, Rusiya İrana ABŞ hərbi qüvvələrinin Yaxın Şərqdəki yeri barədə məlumat verib.

Həmçinin yoxlayın

BMT Baş katibi: Hörmüz və Babülməndab boğazlarında gəmiçilik azadlığı tam təmin edilməlidir

GADTB: Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş sentyabrın 16-da, BMT Baş Assambleyasının başlamasından əvvəl …

Rusiya İrana ABŞ obyektlərini vurmaq üçün kəşfiyyat məlumatları verib

GADTB: CNN iki amerikalı rəsmiyə istinadən yazıb ki, Rusiya İranın ABŞ-a məxsus obyektlərinə zərbələr endirməsi …