
GADTB: Axios nəşrinin məlumatına görə, ABŞ prezidenti Donald Trampın administrasiyası İranla sülh danışıqlarının necə aparılacağı barədə ilkin müzakirələrə başlayıb. Bu müzakirələrdə ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner iştirak edir.
Məlumata görə, son günlər ərzində ABŞ və İran arasında birbaşa əlaqə olmayıb. Misir, Qətər və Böyük Britaniya iki tərəf arasında mesajların ötürülməsində vasitəçilik edib. Misir və Qətər ABŞ və İsrailə İranın danışıqlara maraq göstərdiyini bildiriblər.
ABŞ İran qarşısında altı əsas şərt irəli sürür:
Beş il müddətində raket proqramının dayandırılması
Uranın zənginləşdirilməsinin dayandırılması
Natanz, İsfahan və Fordodakı bombalanmış reaktorların tam şəkildə istismardan çıxarılması
Sentruqifujlar və nüvə ilə əlaqəli avadanlıqlar üzərində ciddi beynəlxalq nəzarət
Regionda silahlara nəzarət sazişləri və 1000-dən artıq raketin məhdudlaşdırılması
Hizbullah, husilər və HƏMAS kimi qrupların maliyyələşdirilməsinin dayandırılması
ABŞ rəsmilərindən biri Axios nəşrinə bildirib:
“Bizim baxışımıza görə, İranın güclənməsinin qarşısını almışıq.”
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi