Cümə axşamı , Sentyabr 17 2026
azfa

İran rejiminin nüvə silahlarının yayılmaması müqaviləsindən çıxma ehtimalı

GADTB: İran rejiminin Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, ölkə parlamenti Nuclear Non‑Proliferation Treaty (NPT)-dən çıxma ehtimalını araşdırır.

Sözçü İsmail Bəqai eyni zamanda vurğulayıb ki, Tehran “nə nüvə silahı əldə etməyə çalışıb, nə də çalışacaq”. Bu açıqlamalar İranın nüvə obyektlərinə ABŞ və İsrail tərəfindən hücumların baş verdiyi və “12 günlük müharibə”dən sonra parlamentdə bəzi deputatların bu müqavilədən çıxmaq məsələsini gündəmə gətirdiyi bir vaxtda səsləndirilib.

Bəqai mövcud razılaşmanın şərtlərini tənqid edərək bildirib:

“Bizə məxsus hüquqlardan istifadə etməyə imkan verməyən, üstəlik nüvə obyektlərimizə hücum edən güclü tərəflərin olduğu bir müqavilədə qalmağın nə faydası var?”

Bununla belə o əlavə edib ki, İran bu müqavilənin üzvü olduğu müddətdə öhdəliklərinə sadiq qalacaq.

Digər tərəfdən, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin son illərdə yayımladığı hesabatlarda İranın əməkdaşlıq səviyyəsinin azalması və bəzi nüvə obyektlərinə müfəttişlərin çıxış imkanlarının məhdudlaşdırılması qeyd olunub.

Həmçinin yoxlayın

Tramp gələn çərşənbə axşamı Körfəz ölkələrinin liderləri ilə İran İslam Respublikasına qarşı müharibənin növbəti mərhələlərini müzakirə edəcək

GADTB: Axios-un jurnalisti Barak Ravid sentyabrın 17-si, cümə axşamı səhər saatlarında xəbər verib ki, ABŞ …

Ətraf mühit dərnəkləri Kəndivana yeni turizm yolunun çəkilməsinə qarşı çıxıblar

GADTB: Şərqi Azərbaycan Ətraf Mühit Dərnəklərinin Koordinasiya Şurasının üzvləri “Yasşəhr”dən Kəndivan kəndinə yeni turizm yolunun …