Cümə axşamı , Sentyabr 17 2026
azfa

 Cənubi Azərbaycan və İran şəhərlərinə hava hücumların davam edib

GADTB: Gecə saatlarından etibarən Cənubi Azərbaycan və İranın müxtəlif şəhərlərində hərbi obyektlərə yönəlmiş hava hücumlarının davam etdiyi barədə məlumatlar yayılıb.

Məlumatlara görə, Azərşəhr (Tufarqan yolu) istiqamətində yerləşən hərbi hissə iki raket zərbəsinə məruz qalıb.

Eyni zamanda, Urmiya və Təbriz səmasında hava hücumundan müdafiə sistemlərinin aktivləşdiyi bildirilib. Urmiyada saat 22:35 radələrində HHM sistemlərinin işlədiyi, Təbrizdə isə gecə saat 02:00 ətrafında partlayış səslərinin eşidildiyi qeyd olunur.

Bazar ertəsi axşam saatlarında Tehran və bəzi digər bölgələrdə də bir neçə nöqtənin hədəf alındığı bildirilir. İran dövlət mediası paytaxtın qərb hissəsində “güclü partlayışlar” baş verdiyini açıqlayıb. Məlumatlara görə, Mehrabad hava limanı yaxınlığı, 21-ci rayon ərazisi, Fədaiyan-e İslam küçəsi ətrafı, Reydə yerləşən sənaye obyektləri, eləcə də Hakimiyyə və Şiyan bölgələri zərbələrə məruz qalan ərazilər arasındadır.

İsfahan vilayətində yerli rəsmilər ABŞ və İsrail qüvvələrinə məxsus olduğu iddia edilən döyüş təyyarələrinin İsfahan, Nəcəfabd, Mobarakeh, Kaşan və Şehrza şəhərlərini hədəf aldığını bildiriblər. Həmçinin Xomeyni Şəhrdə bir pilotsuz uçuş aparatının binaya dəydiyi, lakin itki olmadığı qeyd olunub.

Sosial şəbəkələrdə yayılan görüntülər də İsfahan bölgəsində ağır bombardmanların baş verdiyini iddia edir. Digər bir məlumata görə, Fərdis səmasında “müasir” bir pilotsuz aparat Sepah tərəfindən vurulub.

Cənub bölgəsində isə Hörmüzqan vilayətində, Bəndər Ləngə limanında hava hücumu nəticəsində dörd yük gəmisində yanğın baş verdiyi, lakin insan itkisi olmadığı bildirilib.

Həmçinin yoxlayın

BMT Baş katibi: Hörmüz və Babülməndab boğazlarında gəmiçilik azadlığı tam təmin edilməlidir

GADTB: Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş sentyabrın 16-da, BMT Baş Assambleyasının başlamasından əvvəl …

Rusiya İrana ABŞ obyektlərini vurmaq üçün kəşfiyyat məlumatları verib

GADTB: CNN iki amerikalı rəsmiyə istinadən yazıb ki, Rusiya İranın ABŞ-a məxsus obyektlərinə zərbələr endirməsi …